23 İyul 12:10 “Qarabağ”dan 6 addım irəli: “Bursaspor”la “Soşo” da arxada qaldı
FUTBOL xəbərləri 23 İyul 12:10
4068 baxış

“Qarabağ”dan 6 addım irəli: “Bursaspor”la “Soşo” da arxada qaldı

UEFA klubların reytinq siyahlısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 456 komandanın yer aldığı siyahıda ən yaxşı Azərbaycan klubu “Qarabağ”dı.

 

Cari mövsümdə 1,7750 xal toplayan Ağdam təmsilçisi son 5 ilin nəticələrinə əsasən Avropanın 133-cü klubudu. Qurban Qurbanovun yetirmələrinin hesabında 11,375 xal var.

 

Ötən həftə Avropanın 139-cusu olan “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”ı keçib – 0:0, 1:0. Məhz bunun sayəsində Azərbaycan çempionu 6 pilləlik irəliləyişə nail olub.

 

“Qarabağ” Fransa təmsilçiləri “Soşo”, “Nitsa”, Moldova “Şerif”i, Türkiyə “Bursaspor”u, Danimarka “Nordsyelland”ı və Rumıniya “Vaslui”sini də arxada qoyub.

 

Qeyd edək ki, digər klublarımızdan “Neftçi” (9,125) 158-ci, “İnter” (4,375) 274-cü, “Xəzər Lənkəran” (3,875) 290-cı, “Qəbələ” (3,125) 329-cu, “Bakı” və AZAL (hər ikisi 2,625) 354-cüdü.

Xəbər lenti