4 Oktyabr 20:26 “Qarabağ”dan möhtəşəm fair-play nümunəsi
FUTBOL xəbərləri 4 Oktyabr 20:26
2296 baxış

“Qarabağ”dan möhtəşəm fair-play nümunəsi

Topaz Premyer Liqasının VII turu çərçivəsində davam edən “İnter” – “Qarabağ” matçında qonaqlar inanılmaz jest ediblər. Apasport.az saytının məlumatına görə, görüşün 88-ci dəqiqəsində matçın baş hakimi Elvin Əsgərov meydan sahiblərinin qapısına təyin etdiyi penaltini Elvin Məmmədov bilərəkdən qapıdan kənara vurub.


Buna səbəb baş hakimin kobud səhvə yol verərək “İnter”in qapıçısı Georgi Lomayanın Reynaldoya qarşı qayda pozuntusuna əl atdığını iddia etməsi və penalti nöqtəsini göstərməsi olub.

 

Baş hakimin hadisə yerindən uzaq olması, köməkçilərinin isə ona heç nə deməməsi, gürcü qapıçının sonuncu ümid folu kimi dəyərləndirilərək, meydandan qovulmasını şərtləndirib.

 

Nəticədə, bütün əvəzetmələrdən istifadə etmiş “İnter”in qapısına 7 nömrəli futbolçu Nika Kvekveskiri keçib.


Lakin gürcü yarımmüdafiəçi az sonra topu qapısında görüb. Reynaldonun zərbəsi qarşısında Kvekveskiri “ağ bayraq” qaldırıb. (futbolinfo.az)

Xəbər lenti