29 Avqust 11:31 “Qarabağ”ı qiymətləndirməyə bilmərik" - “Anderlext”in baş məşqçisi
FUTBOL xəbərləri 29 Avqust 11:31
8839 baxış

“Qarabağ”ı qiymətləndirməyə bilmərik" - “Anderlext”in baş məşqçisi

“Çətin bir qrupa düşmüşük və yaxşı komandalarla mübarizə aparacağıq. İstəyirik ki, qış fasiləsindən sonra da Avropa Liqasında çıxışımızı davam etdirməklə, öz məqsədimizə çataq”. Apasport.az saytının məlumatına görə, bunu Belçikanın “Anderlext” klubun baş məşqçisi Besnik Hasi deyib.

 

Avroliqanın birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq komandanın çalışdırıcısı bir gün öncə atılan püşkə münasibət bildirib. Hasi yer aldıqları J qrupunda “Tottenhem” və “Monako” ilə yanaşı, “Qarabağ”la da matçların asan keçməyəcəyini açıqlayıb:  “Biz “Qarabağ”ı qiymətləndirməyə bilmərik. Hər kəs onları kiçik komanda kimi görür. Lakin “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya “Seltik”inə çətin anlar yaşadıblar. Həmçinin, Azərbaycanda oynamaq həmişə çətin olub”.

 

Qeyd edək ki, Azərbaycan çempionunun “Anderlext”lə ilk qarşılaşması oktyabrın 1-nə təsadüf edəcək.

Xəbər lenti