22 Avqust 13:49 “Qarabağ”ın 5-ci üstünlüyü
FUTBOL xəbərləri 22 Avqust 13:49
400 baxış

“Qarabağ”ın 5-ci üstünlüyü

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə “Yanq Boyz”unu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” qrupa düşmək vəzifəsini böyük ölçüdə həll edib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi indiyədək səfərdə keçirdiyi ilk oyunda eyni hesabla qalib gəlirsə, mərhələni adlayır.

 

Bunadək 4 dəfə belə vəziyyətə düşən təmsilçimiz Bakıdakı cavab oyunlarında da qalib gəlib. Bir sözlə, “Qarabağ” 5-ci dəfə belə üstünlüyü əldən verməməyə çalışacaq.

 

Ümumiyyətlə isə Azərbaycan klubları indiyədək 5 dəfə cavab oyununa belə üstünlüklə çıxıb. Buna 4 dəfə nail olan “Qarabağ”la yanaşı, “İnter”in də belə qələbəsi var. Lakin bakılılar üstünlüyü evdə əldən verərək, oyunsonrası penaltilərlə uduzub.

 

Azərbaycan klublarının səfərdəki ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmalar

2009/10

Honka (Finlandiya) - Qarabağ

0:1

1:2

 

2010/11

Visla (Polşa) - Qarabağ

0:1

2:3

 

2013/14

Metallurq (Skopye, Makedoniya) - Qarabağ

0:1

0:1

 

2014/15

Valletta (Malta) - Qarabağ

0:1

0:4

 

2014/15

Elfsborq (İsveç) – İnter

0:1

1:0

p.4:3

 

Xəbər lenti