7 İyul 09:49 “Qarabağ”ın Çempionlar Liqasında qazancı
FUTBOL xəbərləri 7 İyul 09:49
9368 baxış

“Qarabağ”ın Çempionlar Liqasında qazancı

UEFA 2015/16 mövsümündə klubların Çempionlar Liqasında (ÇL) qazanacaqları məbləği açıqlayıb. Apasport.az saytı xəbər verir ki, Azərbaycanı bu mötəbər turnirdə təmsil edən “Qarabağ” büdcəsini xeyli zənginləşdirə bilər.

 

Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Ağdam klubunun hədəfi qrupa qədər irəliləməkdi. Qurban Qurbanovun komandası II və III təsnifat mərhələsini adlayarsa, müvafiq olaraq 300 və 400 min avro qazanc əldə edəcək. Pley-offda məğlub olsa, UEFA “Qarabağ”a daha 3 milyon avro ödəyəcək.

 

Ancaq Azərbaycan çempionu ÇL-in qrupuna düşə bilsə, təsnifat mərhələlərindəki qazanclarından məhrum olacaq, əvəzində 14 milyon avro qazanacaq. Bunun 2 milyonu pley-off səddini keçdiyi, 12 milyonu isə qrupa düşdüyü üçün veriləcək.

 

Təbii ki, qrupda bu məbləği artırmaq da mümkündü. Belə ki, komandalar bu mərhələdə 6 oyun keçirəcəklər və ordakı hər qələbə 1,5 milyon, heç-heçə isə 500 min avro qazanc gətirəcək.

 

UEFA 2015/16 mövsümü üçün ümumilikdə 1 milyard 257 milyon avro büdcə ayırıb. Bunun 774,4 milyonu sabit, 482,9 milyon avrosu isə marketinq ödənişi olacaq. Sonuncu məbləğ qrup mərhələsindən başlayaraq, mübarizəni davam etdirəcək klublar arasında teleyayıma görə bölünəcək.

 

Çempionlar Liqasında klubların mərhələlərə görə qazancları belə olacaq:

Pley-offun qalibləri – 2 milyon avro

Pley-offun məğlubları – 3 milyon

Qrup mərhələsinin 32 iştirakçısı – 12 milyon (hər qələbəyə əlavə 1,5 milyon, heç-heçəyə görə 500 min avro)

1/8 final mərhələsinə vəsiqə qazananlar – 5,5 milyon

1/4 final mərhələsinə vəsiqə qazananlar – 6 milyon

Yarımfinala vəsiqə qazananlar – 7 milyon

Finalçı – 10,5 milyon

Çempion – 15 milyon

Xəbər lenti

Xəbər lenti