10 Noyabr 15:16 “Qarabağ”ın müdafiəçisi Albaniya yığmasında
FUTBOL xəbərləri 10 Noyabr 15:16
567 baxış

“Qarabağ”ın müdafiəçisi Albaniya yığmasında

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinə çağırılıb. Apasport.az saytının məlumatlına görə, AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanan Canni de Biazinin yetirmələri noyabrda 2 yoxlama oyunu keçirəcək.

 

İtaliyalı mütəxəssis bu matçlar üçün açıqladığı 25 futbolçudan ibarət siyahıda “Qarabağ”ın müdafiəçisinə də yer verib. Aqolli və komanda yoldaşları noyabrın 13-də Kosovo, 16-də Gürcüstan yığması ilə qarşılaşacaq.

 

Heyəti açıqlayarkən mətbuat konfransı keçirən de Biazi bildirib ki, AVRO-2016-nın final mərhələsi üçün ümumilikdə 33 namizədi var. Mütəxəssis yoxlama oyunları zamanı yetirmələrinin hər birinə diqqət yetirəcəyini, sonda verəcəyi qərarın bu matçlara əsasən formalaşacağını qeyd edib.

 

Qeyd edək ki, hər iki yoldaşlıq matçını evdə keçirəcək Albaniya yığmasının Estoniya ilə görüşməsi planlaşdırılırdı. Lakin Baltikyanı ölkə təmsilçisi səfərdə oynamağa razılıq vermədiyi üçün həmin matç baş tutmayıb.

Xəbər lenti