28 Avqust 16:14 “Qarabağ”ın oyunlarının təqvimi - YENİLƏNİB
FUTBOL xəbərləri 28 Avqust 16:14
9760 baxış

“Qarabağ”ın oyunlarının təqvimi - YENİLƏNİB

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunların təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, J qrupunda yer alan təmsilçimiz ilk qarşılaşmada “Tottenhem” ilə görüşəcək.

 

İngiltərə təmsilçisi ilə görüş sentyabrın 17-də Londonda baş tutacaq.

 

Oktyabrın 1-də isə komandamız "Anderlext"i qəbul edəcək.

 

Oktyabrın 22-də və noyabrın 5-də “Monako”lə ardıcıl iki dəfə, əvvəlcə səfərdə, sonra evdə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri noyabrın 26-da “Tottenhem”i Bakıda sınağa çəkəcək.

 

Dekabrın 10-da baş tutacaq son turda “Qarabağ” “Anderlext”lə səfər matçına çıxacaq.

 

17.09.2015  “Tottenhem” – “Qarabağ”

01.10.2015 “Qarabağ” – “Anderlext

22.10.2015 “Monako” – “Qarabağ”

05.11.2015 “Qarabağ” – “Monako

26.11.2015 “Qarabağ” – “Tottenhem

10.12.2015 “Anderlext” – “Qarabağ”

Xəbər lenti