29 İyul 18:19 “Qarabağ”ın oyunu canlı yayımlanmayacaq - YENİLƏNİB
FUTBOL xəbərləri 29 İyul 18:19
9278 baxış

“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq - YENİLƏNİB

UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Seltik” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) matçı canlı yayımlanmayacaq. Apasport.az saytı xəbər verir ki, bu bərədə Ağdam təmsilçisinin icraçı-direktoru Əmrah Çəlikəl məlumat yayıb.

 

O, “facebook”da şəxsi profilindən bəyan edib ki, buna qarşı tərəf mane olub: “Bizdən və AzTV-dən asılı olmayan səbəblərdən “Seltik” – “Qarabağ” görüşü canlı yayımlanmayacaq. Ev sahibi komanda azarkeşləri stadiona cəlb etmək üçün görüşün birbaşa nümayiş etdirilməsini istəmir”. 

 

Qeyd edək ki, bir gün əvvəl Çəlikəl oyunun Azərbaycan Dövlət Televiziyası – AzTV ilə canlı yayımlanacağını bildirmişdi.

 

Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər lenti