12 İyul 15:06 “Qarabağ”ın oyununda israilli hakimlər
FUTBOL xəbərləri 12 İyul 15:06
231 baxış

“Qarabağ”ın oyununda israilli hakimlər

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək  “Qarabağ” – “Olimpiya” oyununa hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 18-də baş tutacaq matçı israilli hakimlər idarə edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Erez Papir olacaq. Onun köməkçiləri David Elias Bittonla Eliyahu Casapu olacaqsa, dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.

 

Qarşılaşmaya UEFA nümayəndəsi kimi macarıstanlı Robert Kispal təyin edilib. Hakim-inspektor vəzifəsi isə albaniyalı Sokol Jareçiyə tapşırılıb.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. 

 

Mənbə: affa.az

Xəbər lenti