10 İyul 21:05 “Qarabağ”ın oyununda rumınyalı hakimlər
FUTBOL xəbərləri 10 İyul 21:05
769 baxış

“Qarabağ”ın oyununda rumınyalı hakimlər

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda keçiriləcək “Qarabağ” – “Rudar” (Monteneqro) matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşü rumıniyalı referi Sebastyan Koltesku idarə edəcək. 


Ona Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu kömək edəcək.

 

Qarşılaşmanın 4-cü hakimi George Katalin Qaman olacaq.

 

Qeyd edək ki, matçın hakim inspektoru Volodimir Petrov ( Ukrayna), UEFA nümayəndəsi isə İvan Borissov Lekov (Bolqarıstan) təyin olunub.

Xəbər lenti