10 Sentyabr 13:30 “Qarabağ”ın qrupda əsas rəqibi “Tottenhem”di”
FUTBOL xəbərləri 10 Sentyabr 13:30
7939 baxış

“Qarabağ”ın qrupda əsas rəqibi “Tottenhem”di”

“Aydın məsələdi, həm “Qarabağ”, həm də “Qəbələ” Avroliqada çox güclü qrupa düşüblər. İnşallah, bu il ikisindən biri qrupdan çıxar”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

Ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ” və “Qəbələ”nin şansını dəyərləndirən mütəxəssis maraqlı fikirlər səsləndirib.

 

Komandalarımızdan heç olmasa birinin qrupdan çıxacağına inanan Hacıyev Azərbaycan futbolunda yeni səhifənin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən açılmasını istəyir: “Bizim komandalarımızdan hansısa qrupdan çıxsa, yəni mən yazdığım tarixdən sonra futbolumuzda yeni tarix yazılsa, bu, məni bir qram da qıcıqlandırmaz. Avroliqanın qrup mərhələsinə ilk dəfə mən komanda çıxarmışam. Artıq növbəti tarixi yazmaq lazımdı. Mən 10 milyon əhalisi olan ölkənin tək vətəndaşı deyiləm ki? İstəyərəm ki, digər məşqçilərimiz də tarix yazsınlar. Roman Qriqorçukla müqayisədə, Qurban Qurbanovun irəli getməsi məni daha çox sevindirər. Onda fəxr edərəm ki, məndən sonra Azərbaycan futbolunda ikinci tarixi də elə öz məşqçimiz yazdı”.

 

Hacıyev fikrincə, “Qarabağ”ın qrupdakı əsas rəqibi “Monako” və “Anderlext” yox, “Tottenhem”di: “Qrupda asan rəqib yoxdu. Odu ki, həm “Qarabağ”ın, həm də “Qəbələ”nin bütün oyunları çətin keçəcək. “Qarabağ” ilk görüşü səfərdə “Tottenhem”ə qarşı olacaq. İngilislər daha çox öz çempionatlarına və Çempionlar Liqasına fikir verirlər. “Qarabağ” niyə də bundan istifadə edib, rəqibi cəzalandırmasın? Əslində, onların qrupdakı əsas rəqibi elə “Tottenhem”di”.

 

“Qəbələ”nin şansını dəyərləndirən 57 yaşlı çalışdırıcı qeyd edib ki, “qırmızı-qaralar” qrupda ikinci yeri tuta bilərlər: “Qəbələ”nin qrupdakı əsas rəqibi isə “Borussiya” olmalıdı. Məncə, onlar PAOK və “Krasnodar”la bacara bilərlər. Hər şey komandanın özündən asılıdı. “Qəbələ” istəsə, qrupda ikinci yeri tuta bilər. Sadəcə, daha çox çalışmaq lazımdı”. 

 

Tengiz MƏMMƏDOV

Xəbər lenti