8 Sentyabr 13:10 “Qarabağ”ın rəqibi 18 yaşlı hücumçu alır - FOTO
FUTBOL xəbərləri 8 Sentyabr 13:10
1279 baxış

“Qarabağ”ın rəqibi 18 yaşlı hücumçu alır - FOTO

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem” klubu heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, ingilislər “Bazel”in hücumçusu Bril Embolo ilə danışıq aparırlar.

 

London klubu 18 yaşlı futbolçunun transferinə 10 milyon funt-sterlinq xərcləməyə hazırdı. Ancaq bu keçidin baş tutması üçün “Tottenhem” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Londonun digər təmsilçisi, “Tottenhem”in əzəli rəqibi “Arsenal” da Embolonun xidmətində maraqlıdı.

 

Danni Uelbekin zədələnməsindən sonra ixtiyarında cəmi 2 hücumçu olan Arsen Venger də Embolonun alınmasını tələb edib. Odu ki, “topçular”ın İsveçrə klubuna daha sərfəli təklif göndərəcəyi istisna edilmir.

 

Qeyd edək ki, “Tottenhem” Avroliqanın qrup mərhələsi çərçivəsində ilk görüşünü sentyabrın 17-də məhz “Qarabağ”a qarşı keçirəcək.  

Xəbər lenti