21 Sentyabr 08:30 “Qarabağ”ın rəqibi 2 xal itirdi
FUTBOL xəbərləri 21 Sentyabr 08:30
549 baxış

“Qarabağ”ın rəqibi 2 xal itirdi

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Anderlext” klubu Belçika çempionatında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, Brüssel təmsilçisi VIII tur çərçivəsində səfərdə “Şarlerua” ilə qarşılaşıb.

 

“Anderlext” 57-ci dəqiqədə Stefano Okaka ilə hesabı açsa da, 77-ci dəqiqədə rəqib tarazlığı bərpa edib. Matçda başqa qol olmayıb və görüş 1:1 hesabı ilə başa çatıb.

 

Bu nəticədən sonra “Anderlext” xallarının sayını 15-ə çatdırıb. Paytaxt klubu hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Anderlext” Avroliqanın qrup mərhələsi çərçivəsində “Qarabağ”la ilk görüşünü oktyabrın 1-də Bakıda keçirəcək.

 

 

Xəbər lenti