24 Avqust 07:52 “Qarabağ”ın rəqibi 3 qolla 3-cü pillədə
FUTBOL xəbərləri 24 Avqust 07:52
355 baxış

“Qarabağ”ın rəqibi 3 qolla 3-cü pillədə

İsveçrə çempionatında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” növbəti oyununa çıxıb.

 

Bern təmsilçisi səfərdə “Syon”la qarşılaşıb. Harald Qamperlenin yetirmələri bu matçda 3:1 hesabı ilə qalib gəlib.

 

Təmsilçimizin rəqibinin qollarını Yuya Kubo, Aleksander Qonzales və Miralem Suleymani vurublar. Bu qələbədən sonra xal hesabını 9-a çatdıran “Yanq Boyz” turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Xəbər lenti