10 Oktyabr 13:46 “Qarabağ”ın rəqibi gənc oyunçusunu itirir
FUTBOL xəbərləri 10 Oktyabr 13:46
771 baxış

“Qarabağ”ın rəqibi gənc oyunçusunu itirir

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Anderlext” əsas futbolçularından birini itirə bilər. Apasport.az saytı xəbər verir ki, Belçika klubunun yarımmüdafiəçisi Yuri Tilemans İspaniya nəhəngi “Barselona”nın maraq dairəsindədi.

 

Kataloniya klubu 18 yaşlı futbolçunu qışda transfer edib bir müddət B komandasında oynatmağı düşünür. İspanlar bununla bağlı qarşı tərəfə artıq rəsmi təklif də göndəriblər. Hazırda tərəflər arasında danışıqlar gedir. Ancaq “Anderlext” gənc oyunçusunu ucuz qiymətə satmaq fikrində deyil.

 

Qeyd edək ki, oktyabrın 1-də Bakıda keçirilən “Qarabağ” – “Anderlext” (1:0) oyununda Tilemans meydançaya 72-ci dəqiqədə daxil olub.

Xəbər lenti