31 Avqust 12:18 “Qarabağ”ın rəqibi “Mançester Yunayted”in qarşısında şərt qoydu
FUTBOL xəbərləri 31 Avqust 12:18
1100 baxış

“Qarabağ”ın rəqibi “Mançester Yunayted”in qarşısında şərt qoydu

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Monako”nun aparıcı futbolçusuna “Mançester Yunayted”dən fantastik təklif gəlib. Apasport.az saytının Fransa mətbuatına istinadən verdiyi məlumata görə, söhbət gənc hücumçu Antoni Martialdan gedir.

 

“Mankunianlar” 19 yaşlı futbolçuya görə 55 milyon avro xərcləməyə hazırdılar. Maraqlıdı ki, bu məbləğ “Monako” rəhbərliyini razı salmayıb.

 

“Qarabağ”ın rəqibi İngiltərə klubunun qarşısında şərt irəli sürüb. Belə ki, onlar Martialı yalnız 60 milyon avro və Markos Roxonun “Monako”ya keçidi qarşılığında satacaqlarını bildirib.

 

“Zenit”in maraq dairəsində olan “Monako”nun digər futbolçusu Joao Moutinyo isə  komandasını dəyişmək niyyətində olmadığını bildirib. O, karyerasını hazırkı klubunda davam etdirməyə qərar verib. 

Xəbər lenti