29 İyul 15:26 “Qarabağ”ın rəqibi “Milan”ın yetirməsini transfer edir
FUTBOL xəbərləri 29 İyul 15:26
1089 baxış

“Qarabağ”ın rəqibi “Milan”ın yetirməsini transfer edir

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Şotlandiyanın “Seltik” klubu heyətinə yeni futbolçu qatmaq niyyədindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Qlazqo təmsilçisi diqqətləri İtaliya A Seriyasına yönəldib.

 

Belə ki, ÇL-in qrup mərhələsinə düşməyi hədəfləyən şotlandlar “Cenoa”nın təcrübəli müdafiəçisi Luka Antonini ilə danışıq aparırlar. Baş məşqçi Ronni Deyla rəhbərliklə görüşündə 33 yaşlı futbolçunun alınmasını tələb edib.

 

Danışıqlar müsbət nəticələnsə, Antonini yaxın günlərdə “Qarabağ”ın rəqibi ilə müqavilə bağlayacaq.

 

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Antonini 2013-cü ildən “Cenoa”nın formasını geyinir. O, bu vaxta qədər legioner həyatı yaşamayıb. 

Xəbər lenti