11 Noyabr 16:46 “Qarabağ”ın rəqibinin Son həyəcanı
FUTBOL xəbərləri 11 Noyabr 16:46
773 baxış

“Qarabağ”ın rəqibinin Son həyəcanı

“Tottenhem”in cənubi koreyalı futbolçusu Hun-min Sonun yığmaya çağırılması London klubunun məşqçilər korpusunu təşvişə salıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi 23 yaşlı futbolçunun yenidən zədələnməsindən ehtiyatlanır.

 

Məsələ burasındadı ki, Son zədə aldığı üçün 6 həftə yaşıl meydanlardan uzaq qalıb. Yenicə sıraya dönən hücumameyilli yarımmüdafiəçi son görüşlərdə “Tottenhem”ə kömək edə bilməyib. Baş məşqçi Maurisio Poçettino riskə getməyərək, istedadlı futbolçunun zədəsini tam sağaltmasını gözləyirdi.

 

Son Cənubi Koreya yığmasının heyətində sabah Myanmaya qarşı oynaya bilər ki, “Tottenhem”in məşqçilər korpusunun narazılığına səbəb olan məqam da məhz budu. Onlar futbolçunun yenidən zədə almasından ehtiyatlanırlar.

 

Poçettino “Vest Hem” və “Çelsi” ilə çempionat, “Qarabağ”la isə Avrokubok görüşündə Sonun xidmətindən yararlanmaq niyyətindədi.

 

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” matçı noyabrın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Xəbər lenti