8 Sentyabr 15:40 “Qarabağ”ın yeni transferi danışdı: Əlimdən gələni edəcəm
FUTBOL xəbərləri 8 Sentyabr 15:40
6700 baxış

“Qarabağ”ın yeni transferi danışdı: Əlimdən gələni edəcəm

“Qarabağ”a keçməmişdən öncə təbii ki, klub haqqında maraqlandım. Son 2 ildə çempion olmaları, Avropa Liqasında uğurlu çıxışı komandanın hədəflərindən xəbər verir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Migel Markos Madeyra deyib.

 

Qısaca Miçel adı ilə tanınan ispaniyalı yarımmüdafiəçi Bakıya gələrək, Ağdam klubu ilə 2 illik müqavilə imzalayıb.

 

“Qarabağ”ın rəsmi saytına danışan “Xetafe”nin keçmiş futbolçusu komandasının uğur qazanması üçün var gücü ilə çalışacağını bildirib: “Tanışlarım vasitəsiylə də komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. “Qarabağ”ın bazası ilə, futbolçularla tanış oldum. Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var. “Qarabağ”da oynamaqla komandaya faydalı olmaq istəyirəm. Azarkeşlərə demək istədiyim odu ki, meydanda sona qədər mübarizə aparan futbolçu görəcəklər. Komandamın uğurlarında pay sahibi olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”. 

Xəbər lenti