21 İyun 23:40 “Qarabağ”ın yeni transferi komandaya qoşuldu - FOTO
FUTBOL xəbərləri 21 İyun 23:40
1837 baxış

“Qarabağ”ın yeni transferi komandaya qoşuldu - FOTO

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı davam edir.  Apasport.az saytının məlumatına görə, Kössen qəsəbəsində məskunlaşan komandanın bugünkü çalışması yerli vaxtla 19:00-da baş tutub.

 

Avstriya-Almaniya sərhəddində yağışlı hava şəraiti hökm sürdüyü üçün “ağdamlılar” səhər yenə də fitnes zalında məşqlə kifayətlənib.

 

Bu gün “Qarabağ”ın yay transfer “pəncərə”sindəki ilk əcnəbi transferi Alharbi Jadeyaoui də səhər saatlarında komandanın düşərgəsinə qoşulub.

 

Axşam çalışmasında əlcəzair əsilli fransızın da iştirak etdiyi 90 dəqiqəyə yaxın davam edən məşq daha çox fiziki yüklənməyə əsaslanıb. (klub saytı)

Xəbər lenti