12 Noyabr 16:18 “Qarabağ”ın zədəli futbolçusundan son xəbər - FOTO
FUTBOL xəbərləri 12 Noyabr 16:18
993 baxış

“Qarabağ”ın zədəli futbolçusundan son xəbər - FOTO

Son 2 mövsümün çempionu “Qarabağ” zədəli futbolçuları olduğundan, hələ də tam heyətlə məşq edə bilmir. Apasport.az saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Çumbinyo sıraya dönsə də, Ağdam klubunun digər aparıcı üzvü Reynaldo Silva və gənc futbolçu Namiq Ələsgərov uzun müddətdi yaşıl meydanlardan kənar qalıb.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Reynaldo müalicəsini ölkəsində davam etdirir. Ələsgərov isə hələ də sıraya dönməyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin Malta ilə Bakıda keçirdiyi görüşdə zədələnən Namiqin yaşıl meydanlara qayıdışı bir qədər də vaxt alacaq. Məsələ burasındadı ki, gənc yarımmüdafiəçi hazırda yalnız fərdi proqram üzrə məşq edir.

 

Qurban Qurbanovun başçılıq etdiyi məşqçilər korpusu onun əvvəlki formasını bərpa etməsi üçün xüsusi proqram tərtib edib. 

 

Qeyd edək ki, Maltaya 2:0 hesabı ilə qalib gəldiyimiz görüşdə ilk qolun ötürməsini məhz Ələsgərov vermişdi. Zədə aldığından, o, matçın 22-ci dəqiqədə Ruslan Qurbanovla əvəzlənmişdi. 

Xəbər lenti