24 Avqust 08:35 “Qarabağ”ın zədəliləri nə zaman qayıdacaq?
FUTBOL xəbərləri 24 Avqust 08:35
1513 baxış

“Qarabağ”ın zədəliləri nə zaman qayıdacaq?

“Qarabağ”ın daha bir futbolçusu “Yanq Boyz”la cavab qarşılaşmasını buraxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Əl Jadeyui Əlhərbinin zədəsi ciddidi.

 

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 20-də İsveçrədəki qarşılaşmada zədələnən mərakeşli futbolçu bu üzdən Topaz Premyer Liqasının AZAL-la III tur matçını buraxmışdı. Tibbi müayinədən sonra 29 yaşlı oyunçunun əzələsinin dartıldığı aşkarlanıb. Əlhərbi yalnız həftəsonu fərdi məşqlərə başlaya biləcək. Onun yaşıl meydanlara dönməsi isə 2 həftə çəkəcək.

 

Həmçinin digər zədəli futbolçu Maksim Medvedev də iki həftə sonra baş məşqçi Qurban Qurbanovun ixtiyarında olacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın “Yanq Boyz”la cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti