26 Avqust 18:44 “Qazonun nə vəziyyətdə olması mənim üçün elə də əhəmiyyətli deyil" - FOTO
FUTBOL xəbərləri 26 Avqust 18:44
684 baxış

“Qazonun nə vəziyyətdə olması mənim üçün elə də əhəmiyyətli deyil" - FOTO

Sabah Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Apasport.az saytı xəbər verir ki, bu gün sözü gedən komandaların oyunöncəsi mətbuat konfransı keçirilib.


İsveçrəlilərin müdafiəçisi Milan Vilotiç sabahkı qarşılaşma ilə bağlı bu sözləri deyib: "İlk oyunu evdə məğlub olmuşuq. Bu, hələ son deyil. Ən azı 1 qol vurub, mərhələ adlamaq istəyirik".


28 yaşlı futbolçu Respublika stadionunun ot örtüyündən də söhbət açıb: "Hər meydan ideal olmur. Əgər hücumçu kimi vəzifəm qol vurmaqdısa, qazonun nə vəziyyətdə olması mənim üçün elə də əhəmiyyətli deyil".

 

futbolinfo.az 

Xəbər lenti