28 Avqust 10:56 “Qəbələ” 22, “Qarabağ” 6 pillə irəlilədi
FUTBOL xəbərləri 28 Avqust 10:56
6618 baxış

“Qəbələ” 22, “Qarabağ” 6 pillə irəlilədi

Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA klubların reytinq siyahlısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 456 komandanın yer aldığı cədvəldə Azərbaycanın 7 təmsilçisi var.

 

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Hesabına 0,475 xal əlavə edən ağdamlılar aktivini 12,225-ə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 6 pillə irəliləyib - 127-ci yer.

 

“Neftçi” 9,475 xalla 1 addım geriləyərək, 160-cı pilləyə enib. 5,225 xalı olan “İnter” 3 addım irəliləyib və 249-cu yerə qalxıb.

 

“Qəbələ” əmsalını 4,975-ə çatdırıb. Bununla, “qırmızı-qaralar” 279-cu pillədən 257-ciyə sıçrayıb. “Qırmızı-qaralar” irəli 22 addım atıb.

 

Cari mövsümdə avrokuboklara qatılmayan təmsilçilərimizdən “Xəzər Lənkəran” (4,225) 288-cı, “Bakı” və AZAL (hər ikisi 2,975) 341-ci yerə şərikdi.

 

Qeyd edək ki, siyahıya 143,028 xalı olan İspaniya “Real”ı başçılıq edir.