27 İyun 22:54 “Qəbələ” 4-cü matçında bərabərə qaldı
FUTBOL xəbərləri 27 İyun 22:54
1072 baxış

“Qəbələ” 4-cü matçında bərabərə qaldı

“Qəbələ” 2015/16 mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakının “İnter” klubu ilə üz-üzə gəlib.

 

Bu matç komandaların son 4 gündə ikinci qarşılaşması olub. İyunun 24-də baş tutan ilk sınaqda 1:0 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə heç-heçəylə kifayətlənib.

 

Qəbələ şəhər stadionundakı matçda hesabı qonaqlar açıb. 8-ci dəqiqədə Rauf Əliyev fərqlənib. “Qəbələ” bərabərlik qolunu ikinci hissədə vurub. Matçın 70-ci dəqiqəsində Cavid Hüseynov qonaqların qapısına yol tapıb – 1:1.

 

Bu, komandnın mövsümlərarası fasilədə ilk heç-heçəsi olub.

 

Bunadək 3 qələbə qazanan “qırmızı-qaralar” Türkiyədə Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0, Qəbələdə “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.

 

Yoxlama oyunu

 

“Qəbələ” – “İnter” – 1:1

 

Qollar: Cavid Hüseynov, 70 – Rauf Əliyev, 8

Xəbər lenti