20 Avqust 21:35 “Qəbələ” Afinaya ciddi itki ilə yollanacaq
FUTBOL xəbərləri 20 Avqust 21:35
732 baxış

“Qəbələ” Afinaya ciddi itki ilə yollanacaq

UEFA Avropa Liqası pley-off mərhələsi ilk qarşılaşmasında “Panatinaikos”la qarşılaşan “Qəbələ”nin heyətində Rafael Santos sarı vərəqə ilə cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, oyunun 49-cu dəqiqəsində əllə oyuna görə cəzalandırılan braziliyalı müdafiəçi bununla da Afinada keçiriləcək cavab oyununu buraxmalı olacaq.

 

Belə ki, bu xəbərdarlıq Santos üçün Avroliqa oyunlarında 3-cü belə “fərqlənmə”di. Müdafiəçi daha əvvəl II təsnifat mərhələsində “Çukariçki”yə qarşı baş tutan hər iki oyunda anoloji cəzaya məruz qalmışdı.