18 Oktyabr 16:47 “Qəbələ” azarkeşlər və media nümayəndələri ilə görüşdü - FOTOSESSİYA
FUTBOL xəbərləri 18 Oktyabr 16:47
893 baxış

“Qəbələ” azarkeşlər və media nümayəndələri ilə görüşdü - FOTOSESSİYA

“Qəbələ” klubunun bəzi futbolçuları və baş məşqçi Roman Qriqorçuk bu gün azarkeşlərlə və media nümayəndələri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, “Port Baku Mall” ticarət mərkəzində yerləşən “Go Sport” mağazasında baş tutan görüşdə futbolçulardan Ruslan Abışov, Sergey Zenyov, Aleksey Qay və Aleksey Antonov iştirak edib.

 

Futbolçular və məşqçilərin mağazanı gəzib, məhsullarla tanış olmasından sonra azarkeşlər və jurnalistlər arasında viktorina keçirilib. Ayrı-ayrılıqda səsləndirilən 4 suala cavab verən azarkeşlərə və jurnalistlərə hədiyyə olaraq klubun forması təqdim olundu.

 

Tədbirdə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını da cavablandırıb.

Xəbər lenti