8 Avqust 11:37 “Qəbələ” azarkeşləri bəyanat yaydı
FUTBOL xəbərləri 8 Avqust 11:37
592 baxış

“Qəbələ” azarkeşləri bəyanat yaydı

"Qəbələ" İdman Klubunun Bakı fan-klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan "Qəbələ" - "Apollon" matçı zamanı və oyundan sonra baş verən xoşagəlməz hadisələrlə bağlı bəyanat yayıb. Apasport.az saytının fan-klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, bəyanatda azarkeşlərin komandaya sona qədər dəstək olacağı vurğulanıb.

 

Bakı fan-klubu bunun üçün müraciət edib: "Gabala FC Baku Fan Club"un bütün üzvləri adından ictimaiyyətə çatdırmaq istədik ki, yeganə məqsədimiz ölkə daxilində və beynəlxalq idman arenalarında komandamıza dəstək olmaqdı. Bütün oyunlarda çalışırıq ki, komandamızda ruh yüksəkliyi yaradaq, futbolçularımızın matça köklənməsinə yardımçı olaq. Komandamızı etik davranışlar çərçivəsində dəstəkləmək və aqressiyadan, təxribatdan uzaq olmaq fan-klubumuzun prinsipial mövqeyidi. İstərdik ki, hüquq-mühafizə orqanları tribunalarda bizə dəstək olsunlar. Kütləvi insidentlərin iştirakçısı deyil, azarkeşlərimizin müdafiəçisi olsunlar. İnkişaf etmiş digər futbol ölkələrində olduğu kimi, öz sevimli komandamızı şüarlar, plakatlar vasitəsilə dəstəkləmək imkanına malik olmaq istəyirik!"

 

Qeyd edək ki, bundan əvvəl "Qəbələ" İK baş verən hadisə ilə bağlı bəyanat yaymışdı. Bəyanatda klubun sözügedən oyunda baş verən hadisə də daxil olmaqla, idmanda hər cür zorakılığın əleyhinə olduğu bildirilib.

Xəbər lenti