19 Avqust 12:40 “Qəbələ” bizim üçün çox təhlükəli komandadı” – Yannis Anastasiu
FUTBOL xəbərləri 19 Avqust 12:40
739 baxış

“Qəbələ” bizim üçün çox təhlükəli komandadı” – Yannis Anastasiu

“Ardıcıl 3 mərhələ adlayan komandaya qarşı çıxış edəcəyik. Arxayınlaşmağa heç bir əsas yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

 

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Yunanıstan klubu ilk görüş üçün Bakıya gəlir. Afina təmsilçisinin baş məşqçisi yerli mətbuata açıqlamasında “Qəbələ”nin ünvanına xoş sözlər deyib: “Qəbələ”ni təhlil etmişik, yarımmüdafiə və hücum xətti çox güclüdü. Ümumiyyətlə, bizim üçün çox təhlükəli komandadı. Bizim kimi, onlar üçün də bu görüş çox vacibdi. “Qəbələ” böyük komanda olmaya bilər. Amma unutmayaq ki, bu, qrup yolunda son addımdı və qalib iki oyunun nəticəsinə görə müəyyənləşir. Əgər biz işimizə ciddi yanaşsaq və istədiyimiz oyunu göstərə bilsək, fikrimcə, qrupa düşmək üçün çox yaxşı şansımız olar. Bakıda meydançaya yalnız qələbə üçün çıxacağıq ki, Yunanıstanda işimiz bir qədər asan olsun”.

 

Qeyd edək ki, “Qəbələ” – “Panatinaikos” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.