15 Oktyabr 12:41 “Qəbələ” - “Borussiya”: bənzərlik və fərqlilik
FUTBOL xəbərləri 15 Oktyabr 12:41
5172 baxış

“Qəbələ” - “Borussiya”: bənzərlik və fərqlilik

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ” ilə bağlı UEFA-nın rəsmi saytında maraqlı yazı dərc edilib. Apasport.az xəbər verir ki, qitə futbol qurumu Dortmund “Borussiya”sı ilə oyun öncəsi iki komanda arasındakı bənzər və fərqli cəhətləri araşdırıb.

 

- “Qəbələ” tarixində ilk dəfə bir Almaniya klubu ilə qarşılaşacaq

- “Borussiya” isə ikinci dəfə Azərbaycana səfər edəcək. 2010/11 mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olan Dortmund təmsilçisi Bakıdan 1:0 hesablı qələbə ilə ayrılmışdı. Almaniyadakı görüşdə isə meydan sahibləri 4 cavabsız qolla qalib gəlmişdilər. Həmin matçda dubl edən Şinji Kaqava hazırda da “Borussiya”da çıxış edir.

 

- “Qəbələ” Avrokubokda son 5 ev görüşündə məğlub olmayıb. Bu 5 qarşılaşmanın hər biri də cari mövsümə təsadüf edir. Komanda evdə sonuncu məğlubiyyətini ötən mövsümün I mərhələsində “Şiroki Briyeq”dən (0:2) almışdı.

 

- “Borussiya” isə cari mövsümdə Avrokubokda məğlubiyyət üzü görməyib. Ardıcıl 5 qələbədən sonra ötən turda PAOK-la heç-heçə edən Tomas Tuçelin yetirmələri bu 6 matçda ümumilikdə 20 qol vurub, 7-ni buraxıb.

 

- “Qəbələ” Avrokubokda ikinci mövsümündəcə qrup mərhələsində debüt etmək imkanı qazanıb.

 

- “Borussiya” isə ikinci dəfədi ki, Avropa Liqasının qrupunda mübarizə aparır. 2010/11 mövsümündə PSJ, “Sevilya” və “Karpatı” ilə eyni qrupda yer alan komanda növbəti mərhələyə adlamağı bacarmayıb.

 

- “Qəbələ” bu mövsüm I təsnifat mərhələsindən mübarizəyə başlayaraq, qrupa qədər irəliləyən iki komandadan biridi. Ardıcıl 4 mərhələ keçən digər klub “Rusenborq”du.

 

- Qəbələ ilə Dortmund şəhərləri arasında 3300 km-lik məsafə var.

 

- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviyadakı uğurları ilə tanınıb. “Ventspils”lə 3 dəfə Latviya çempionu olan ukraynalı mütəxəssis dekabrda “Çernomorets”i tərk edərək, “Qəbələ”nin “sükanı arxası”na keçmişdi.

 

- “Borussiya”nın baş məşqçisi Tomas Tuçelin isə ciddi uğurları yoxdu. 4 il “Maynts”ı çalışdırmış 42 yaşlı mütəxəssis cari mövsümün əvvəlində “Borussiya”da Yurgen Kloppu əvəzləyib.

 

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də “Bakcell Arena”da keçiriləcək.

Xəbər lenti