19 Oktyabr 13:51 “Qəbələ” - “Borussiya”: Yenə Bebek! Yenə 2 cavabsız qol?
FUTBOL xəbərləri 19 Oktyabr 13:51
6777 baxış

“Qəbələ” - “Borussiya”: Yenə Bebek! Yenə 2 cavabsız qol?

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin III turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununu idarə edəcək İvan Bebek 3-cü dəfə Azərbaycan komandasının matçına təyinat alır. Apasport.az saytının məlumatına görə, 38 yaşlı xorvatiyalı həm yığma, həm klub səviyyəsində təmsilçilərimizlə görüşüb. Bu qarşılaşmaların hər ikisində eyni hesab qeydə alınıb.

 

2003-cü ildən FİFA dərəcəsi alan Bebek 2005-ci ildə də ölkəmizə gəlib. Həmin vaxt xorvatiyalı Çempionlar Liqasının “Neftçi” – “Hafnarfyordur” (İslandiya) görüşündə fit çalıb. Həmin qarşılaşmada təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib. Referi bu oyunda bakılılara 1, islandiyalılara 2 sarı vərəqə verib.

 

2 il sonra AVRO-2008-in seçmə mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Portuqaliya matçında (0:2) da Bebek baş hakim olub. Millimizin kapitanı Aslan Kərimovu 27-ci dəqiqədə rəqib komandadakı həmkarı Kriştianu Ronaldonu dirsəyi ilə vurduğu üçün birbaşa qırmızı vərəqə göstərməklə meydandan qovan xorvatiyalı Saşa Yunisoğlunu sarı vərəqə ilə cəzalandırıb. 

 

Qeyd edək ki, ixtisası iqtisadçı olan referi UEFA-nın 1-ci kateqoriyasına daxildi.

Xəbər lenti

Xəbər lenti