6 Sentyabr 21:29 “Qəbələ” "Çernomorets"a qalib gəldi - YENİLƏNİB
FUTBOL xəbərləri 6 Sentyabr 21:29
7469 baxış

“Qəbələ” "Çernomorets"a qalib gəldi - YENİLƏNİB

Milli komandaların Avropa Çempionatı seçmə mərhələsi oyunları üçün Topaz Premyer Liqasına verilən fasilədən istifadə edən “Qəbələ” Ukraynada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” bu gün toplanış çərçivəsində hazırlıq oyununa çıxıb.

 

Əyalət klubunun rəqibi baş məşqçi Roman Qriqorçukun keçmiş komandası Odessanın “Çernomorets” klubu olub.

 

Təmsilçimiz bu oyunda milli komandaların düşərgəsində olan futbolçuların xidmətindən istifadə edə bilməyib. Əvəzində isə artıq komandanın düşərgəsinə qoşulmuş yeni transferlər ilk dəqiqələrdən meydanda olublar.

 

Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

6 sentyabr

Hazırlıq oyunu

 

“Çernomorets” – “Qəbələ” - 0:2

Qollar: Antonov, 11, Vernidub, 69

 

"Qəbələ": Bezotosnı, Ürfan Abbasov, Vernidub, Rafa Santos, Rikardinyo, Floresku, Qay, Pereyra, Cavadov, Dodo, Antonov

Xəbər lenti