11 İyul 14:21 “Qəbələ” “Çukariçki” ilə oyunlar üçün 19 futbolçu sifariş etdi
FUTBOL xəbərləri 11 İyul 14:21
10469 baxış

“Qəbələ” “Çukariçki” ilə oyunlar üçün 19 futbolçu sifariş etdi

“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqəsini UEFA-ya təqdim edib.

 

Quruma göndərilən A vərəqəsində 19 futbolçu yer alıb.

 

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 30. Anar Nəzirov

Müdafiəçilər: 3. Vojislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov

 

Qeyd edək ki, “Qəbələ” ilə “Çukariçki” arasında ilk oyun iyulun 16-da, cavab matçı 23-də baş tutacaq.

Xəbər lenti