20 Sentyabr 00:05 “Qəbələ” dayanmadan məşq edir
FUTBOL xəbərləri 20 Sentyabr 00:05
781 baxış

“Qəbələ” dayanmadan məşq edir

Topaz Premyer Liqasının V turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” sentyabrın 21-də baş tutacaq görüşün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin I turunun ayın 17-də keçirilən PAOK-la (Yunanıstan) matçından (0:0) sonra məşqlərinə ara verməyən komanda dünən Qəbələdə çalışıb.

 

Oyunun ertəsi günü Bakıda ADBTİA stadionunda məşq edən “qırmızı-qaralar” doğma arenaya qayıtdıqdan sonra da iki qrupla hazırlıq keçib. Belə ki, PAOK-la qarşılaşmanın iştirakçıları fiziki çalışmalara üstünlük veribsə, digərləri meydanda məşq edib. “Qəbələ” bu gün oyunöncəsi son məşqini keçirəcək.

 

Xatırladaq ki, V turun son qarşılaşması olan “Qəbələ” – “Sumqayıt” oyunu sentyabrın 21-də baş tutacaq.

 

Bu matç komandalar arasında 13-cü görüşdür. İndiyədək 10 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə məğlub olan “qırmızı-qaralar” 27 top vurub, 8-ni buraxıb. “Qəbələ” 6 ev oyununda xal itirməyib.

Xəbər lenti