13 Avqust 14:04 “Qəbələ” diqqət tələb edən komandadı” – “Panatinaikos”un baş məşqçisi
FUTBOL xəbərləri 13 Avqust 14:04
5871 baxış

“Qəbələ” diqqət tələb edən komandadı” – “Panatinaikos”un baş məşqçisi

“Qəbələ” çox ciddi qəbul olunmalı komandadı. İşimiz çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

 

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Afina təmsilçisi dünən İspaniya klubu “Real Sosyedad”la yoxlama görüşü keçirib və 0:3 hesabı ilə məğlub olub. Yunanların çalışdırıcısı yerli mətbuata açıqlamasında bu matçın onlara kömək edəcəyini düşünür: “Real Sosyedad” çox güclü rəqib idi. Bu oyun bizim üçün vacib idi. Hamıya şans verdim. Artıq kimin hazır olub-olmadığını bilirəm. Bəzi oyunçularımızın fiziki cəhətdən tam çatdırmadığını gördüm”.

 

“Qəbələ” ilə bağlı da danışan Anastasiu rəqibi təhlil etdiklərini söyləyib: “Qəbələ”nin bu mövsümdəki bütün oyunlarına baxmışam. Seçmə mərhələdə “Dinamo”, “Çukariçki” və “Apollon”la qarşılaşmalarının görüntülərini izləyib, hərtərəfli təhlil etmişik. Deməliyəm ki, çox möhkəm rəqibimiz var. “Qəbələ” diqqət tələb edən komandadı. Ancaq biz Azərbaycan klubu ilə oyunlara daha ciddi hazırlaşsaq, düşünürəm ki, qrupa düşmək şansımız çox olar. İstənilən rəqibə qarşı oynamağı bacarmaq lazımdı”.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı oyunlar avqustun 20-də və 27-də keçiriləcək.

Xəbər lenti