27 Avqust 09:02 “Qəbələ” həmişə eyni oyun göstərir" - Yannis Anastasiu
FUTBOL xəbərləri 27 Avqust 09:02
2666 baxış

“Qəbələ” həmişə eyni oyun göstərir" - Yannis Anastasiu

“Pley-off mərhələsində asan oyun olmur. “Qəbələ” ilə qarşılaşmada bizim necə oynamağımız və bunun nə dərəcədə effektli olması həlledici xarakter daşıyacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

 

Yunanıstan klubunun çalışdırıcısı Avropa Liqasının pley-off mərhələsinin "Qəbələ" ilə bu gün keçiriləcək cavab oyunu öncəsi qarşılaşma haqda fikirlərini açıqlayıb: “Təbii ki, bəxt amili də rol oynayacaq. Komandada əla əhval-ruhiyyə var. Bu oyunda qələbə qazanmaq istəyirik. Çünki yalnız qalib gəlsək, avrokuboklarda çıxışımızı davam etdirəcəyik. 3-4 qol vurub, asanlıqla qalib gələcəyimizi deyənləri başa düşə bilmirəm. Bizi ağır oyun gözləyir. Asan qələbə qazanacağımızı iddia edənlərlə qətiyyən razı deyiləm. Hər qarşılaşmada olduğu kimi bu dəfə də meydanda bacardığımızı edəcəyik. “Qəbələ”nin oyunlarını izləmişəm. Rəqibimiz həmişə eyni oyun göstərir. Düşünürəm ki, onlar Bakıdakı kimi oyun nümayiş etdirəcək”.

Xəbər lenti