28 Sentyabr 16:35 “Qəbələ” ilə görüşə toparlanmaqda çətinlik çəkirik” - “Krasnodar”ın kapitanı
FUTBOL xəbərləri 28 Sentyabr 16:35
1166 baxış

“Qəbələ” ilə görüşə toparlanmaqda çətinlik çəkirik” - “Krasnodar”ın kapitanı

“Bu mövsüm hələ də istədiyimiz oyunu göstərə bilmirik. Bu isə “Qəbələ” ilə evdə keçirəcəyimiz qarşılaşma öncəsi heç də yaxşı hal deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Krasnodar”ın kapitanı Andreas Qranqvist deyib.

 

“Qəbələ”nin Avropa Liqasında rəqibi olan “Krasnodar” Rusiya Premyer Liqasının X turunda evdə “Terek”lə qollu heç-heçə edərək xallarının sayını 13-ə çatdırıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

 

İsveçli müdafiəçi “Qəbələ” ilə evdə keçiriləcək oyun öncəsi toparlanmaqda çətinlik çəkdiklərini etiraf edib: “Biz növbəti dəfə zəif çıxış etdik. Xüsusən də, “Terek”lə görüşün birinci hissəsindəki mübarizəmiz ürəkaçan deyildi. Avropa Liqasında “Borussiya”ya qarşı matçı da aşağı səviyyədə keçirmişdik. Üç cəbhədə oynamağımız uğursuz çıxışa səbəb olmamalıdı. Çünki Avropanın böyük klubları mövsümü sıx təqvimdə keçirirlər. Problemimiz psixoloji amillə bağlıdı. Etiraf etməliyəm ki, heç də yaxşı formada deyilik. “Qəbələ” ilə matça çox az vaxt qalıb. Evdə oynayacağıq və mütləq qələbə qazanmalıyıq. Ancaq hazırkı durumumuz toparlanmağımıza mane olur”.

 

Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 1-də keçiriləcək.

Xəbər lenti