26 İyul 22:48 “Qəbələ”: İstirahət bitdi, məşqə davam - FOTO
FUTBOL xəbərləri 26 İyul 22:48
747 baxış

“Qəbələ”: İstirahət bitdi, məşqə davam - FOTO

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyununun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, “Çukariçki” ilə II təsnifat mərhələsinin Bakıdakı cavab qarşılaşmasının (2:0) ardından iki gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.

 

Bu gün baş tutan axşam məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Roman Qriqorçukun yetirmələri isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqində bütün futbolçular iştirak edib.

 

“Qəbələ” iyulun 30-da Kiprin Larnaka şəhərində keçiriləcək qarşılaşmanın hazırlığını Bakda davam etdirəcək. Komanda sabah axşam məşqini də Bakıxanov qəsəbə stadionunda gerçəkləşdirəcək.

 

Xatırladaq ki, “Apollon” - “Qəbələ” oyunu iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (klub saytı)

Xəbər lenti