28 İyul 18:33 “Qəbələ” keçmiş qapıçısını geri qaytardı
FUTBOL xəbərləri 28 İyul 18:33
1693 baxış

“Qəbələ” keçmiş qapıçısını geri qaytardı

“Qəbələ” keçmiş qapıçısı David Pietrzkieviçi komandaya qaytarıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı qapıçı artıq UEFA Avropa Liqası III tur oyunu üçün iştirak ərizəsinə də salınıb.

 

Polşalı futbolçu daha əvvəl 2013/14 mövsümündə də əyalət klubunun qapısını qorumuşdu. O, həmin dövrdə “qırmızı-qaralar”ın heyətində 10 oyunda meydana çıxmağa imkan tapıb.

 

Pietrzkeviçin Azərbaycandakı karyerası bununla yekunlaşmır. Polşalı “dəri əlcək ustası” “Qəbələ”dən qabaq da “Simurq”un şərəfini qorumuş və “sehirli quşlar”la milli çempionatda 28 oyunda meydana çıxmağa imkan tapmışdı.

 

Qeyd edək ki, yeni qapıçı “Qəbələ”də 33 nömrəli forma ilə çıxış edəcək.

Xəbər lenti