28 İyul 12:03 “Qəbələ” - Kiprdə bir məşq
FUTBOL xəbərləri 28 İyul 12:03
1064 baxış

“Qəbələ” - Kiprdə bir məşq

Avropa Liqasının III təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun keçiriləcəyi Larnaka şəhərinə sabah yollanacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı iyulun 30-da baş tutacaq qarşılaşmadan bir gün əvvəl Kiprə getməyə qərar verib.

 

“Qırmızı-qaralar” Bakı vaxtı ilə saat 16:00-da Larnaka beynəlxalq hava limanına çatacaq. Kiprdə cəmi bir məşqə çıxacaq komanda oyunöncəsi son hazırlığı matçın keçiriləcəyi “Antonis Papadopulos” stadionunda baş tutacaq.

 

“Qəbələ”nin məşqi saat 23:00-da başlayacaq. Bundan 30 dəqiqə əvvəl isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək.

 

Qeyd edək ki, iyulun 30-da “Antonis Papadopulos” stadionunda keçiriləcək “Apollon” – “Qəbələ” oyunu saat 22:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti