30 İyul 22:50 “Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır - YENİLƏNİB
FUTBOL xəbərləri 30 İyul 22:50
11705 baxış

“Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır - YENİLƏNİB

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” UEFA Avropa Liqası III tur ilk matçında Kipr klubu “Apollon”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz ilk oyununu səfərdə keçirib.

 

Matçda hesabı ev sahibləri açıb. Ancaq oyunboyu təmsilçimizin üstünlüyü hiss olurdu. İlk hissədə ir neçə epizodda qeyri-dəqiqlik hesabı bərabərləşdirməyə mane olub.

 

"Qəbələ" ikinci hissəyə də aktiv başlayıb. Ancaq hücumlar son dəqiqədə bəhrə verib. Cərimə meydançası daxilində Stankoviçə qarşı kobudluğa görə təyin olunmuş penaltini soyuqqanlılıqla yerinə yetirən Cavid Hüseynov komandasına ümid verən qola imza atıb.

 

Oyun bu hesabla da bitib.

 

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

 

 

"Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan) - 1:1

Qol: Kolokoudias, 14 - Cavid Hüseynov, 90+4 (pen.)

 

 

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Aleksandr Korniyko, Vladimir Volodin 

Dördüncü hakim: Anatoli Abdula (hamısı Ukrayna)

 

UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya) 

UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)

Larnaka. "Antonis Papadopulos" stadionu

 

“Apollon”: 83. Bruno Vale, 2. Elizio, 4. Freyro, 3. Nuno Lopez, 14. Ceyme, 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 26. Papulis Fotis, 17. Joao Pedro, 29. Georgias Kolokudias

Ehtiyat oyunçular: 23. İsli Xidi, 27. Anjelis Anjeli, 28. Marius Stilianu, 8. Farli, 42. Kristos Viler, 9. Türam, 19. Quye Avraam

Baş məşqçi: Pedro Emanuel

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 3. Stankoviç, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vernidub, 21. Arif Daşdəmirov, 11. Asif Məmmədov, 7. Ermin Zek, 10. Dodo

Baş məşqçi: Roman Qriqorçuk