14 Oktyabr 23:12 “Qəbələ” “Neftçi” üçün hazırlaşır - FOTO
FUTBOL xəbərləri 14 Oktyabr 23:12
406 baxış

“Qəbələ” “Neftçi” üçün hazırlaşır - FOTO

“Qəbələ” Topaz Premyer Liqasının VIII turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarını bərpa edib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” birgünlük istirahətdən sonra bu gün Qəbələdə bir araya gəlib.

 

Oktyabrın 11-də baş tutan “Qarabağ”la yoxlama oyununun (2:1) ertəsi məşq edib, sonra istirahətə buraxılan komanda hazırlıqlara yenidən başlayıb. Qəbələ şəhər stadionundakı məşqə fiziki hazırlıqla başlayan Roman Qriqorçukun yetirmələri ardınca toplu çalışmalara üstünlük verib.

 

Məşqdə milli komandaların düşərgəsinə yollanan futbolçular, həmçinin zədəli Rafael Santos iştirak etməyib. Yığmadan qayıdan oyunçuların sabahkı məşqə qatılması planlaşdırılıb. Komanda həmin məşqi də Qəbələdə keçirəcək.

 

Xatırladaq ki, VIII turun “Neftçi” ilə oyunu oktyabrın 17-də Bakıda keçiriləcək.

 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq matç saat 15:30-da başlayacaq.

Xəbər lenti