28 Avqust 17:59 “Qəbələ” o cür komandanı mübarizədən kənarlaşdırdı" - "Borussiya"nın baş məşqçisi
FUTBOL xəbərləri 28 Avqust 17:59
3979 baxış

“Qəbələ” o cür komandanı mübarizədən kənarlaşdırdı" - "Borussiya"nın baş məşqçisi

“Maraqlı qrupa düşmüşük”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel deyib.

 

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan almanlar qrupda Azərbaycan təmsilçisi “Qəbələ”, həmçinin Yunanıstan PAOK-u və Rusiya “Krasnodar”ı ilə birgə mübarizə aparacaqlar.

 

Püşkü dəyərləndirən Tuhel hər 3 rəqib barədə müsbət fikirlər səsləndirib: “PAOK-la oyunda bizi qeyri-adi atmosfer gözləyir. Bu komandanın güclü azarkeş dəstəyi var. “Krasnodar” Rusiyanın aparıcı komandalarından biridi. Heyətində xeyli sayda əcnəbi futbolçu çıxış edir. “Qəbələ” isə pley-offda “Panatinaikos” kimi komandanı mübarizədən kənarlaşdırdı. Bir sözlə, qrup mərhələsinə daha yaxşı hazırlaşmalıyıq”. 

Xəbər lenti