28 Avqust 23:35 “Qəbələ” özünü yaxşı tərəfdən göstərməyi bacarıb” – PAOK-un müdafiəçisi
FUTBOL xəbərləri 28 Avqust 23:35
1863 baxış

“Qəbələ” özünü yaxşı tərəfdən göstərməyi bacarıb” – PAOK-un müdafiəçisi

“Üç rəqibimizdən ikisi tanınmış, böyük komandalar deyil, ancaq düşünürəm ki, çox çətin qrupda yer almışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri PAOK-un futbolçusu Marin Leovats deyib.

 

UEFA Avropa Liqasında C qrupunda “Qəbələ”, “Borussiya” və “Krasnodar”la birlikdə mübarizə aparacaq PAOK-un xorvatiyalı müdafiəçisi rəqiblər haqqındakı fikirlərini klubun saytı üçün açıqlayıb:

 

“Növbəti mərhələyə keçmək istəyirik. PAOK Avropada kifayət qədər tanınmış və bilinən bir komandadı. Mənə elə gəlir ki, rəqiblərimizdən heç biri bizimlə bir qrupa düşdüyü üçün sevinməyib. Xüsusilə “Borussiya” ilə səfərdəki oyunlar çox həyəcanlı olacaq. Onların stadionundakı isti atmosferdə çıxış eləmək olduqca çətindi. Yenidən Avropada çıxış etmək üçün çox səbrsizlənirəm”.

 

Sol cinah yarımmüdafiəçisi “Qəbələ” haqqında isə - “Azərbaycan klubu özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Onlar “Panatinaikos”u mübarizədən kənarlaşdıraraq güclü komanda olduqlarını bir daha sübut etdilər” – deyib.

Xəbər lenti