28 Avqust 18:34 “Qəbələ” PAOK-la başlayıb, “Krasnodar”la bitirəcək - TƏQVİM
FUTBOL xəbərləri 28 Avqust 18:34
12092 baxış

“Qəbələ” PAOK-la başlayıb, “Krasnodar”la bitirəcək - TƏQVİM

UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ”nin oyunlarını keçirəcəyi tarixlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, C qrupunda yer alan və Dortmund “Borussiya”sı, “Krasnodar” və PAOK-la mübarizə aparacaq Roman Qriqorçukun yetirmələri ilk oyunlarını sentyabrın 17-də, öz meydanında PAOK-a qarşı keçirəcək.

 

Təmsilçimiz qrupdakı son oyununu da öz meydanında oynayacaq. Rəqib Rusiya təmsilçisi “Krasnodar” olacaq. Qrup mərhələsinin son oyunları dekabrın 10-da keçiriləcək.

 

Təmsilçimizin qrup mərhələsində keçirəcəyi bütün oyunlarının təqvimini təqdim edirik.

 

17.09.2015 “Qəbələ” – PAOK

01.10.2015 “Krasnodar” (Rusiya) – “Qəbələ”

22.10.2015 “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)

05.11.2015 “Borussiya” (Dortmund, Almaniya) - “Qəbələ”

26.11.2015 PAOK - “Qəbələ”

10.12.2015 “Qəbələ” - “Krasnodar” (Rusiya) 

Xəbər lenti