31 İyul 17:46 “Qəbələ” pley-offda?
FUTBOL xəbərləri 31 İyul 17:46
3242 baxış

“Qəbələ” pley-offda?

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda əldə etdiyi 1:1 hesablı heç-heçə uğurlu nəticədi. Apasport.az saytının məlumatına görə, “Apollon”la Kiprdəki bərabərlikdən sonra təmsilçimiz pley-offa doğru böyük addım atıb.

 

Azərbaycan klubları avrokubokların ilk oyununda 1:1 hesablı heç-heçə əldə etdikdə, əksər hallarda mərhələni keçir. İndiyədək 5 belə hadisə yaşanıb ki, onların 4-də Azərbaycan klubu mərhələni keçib.

 

Yeganə büdrəyən komandamız “Qarabağ” olub ki, ağdamlılar da 9 il əvvəl Moldova “Zimbru”su ilə ev qarşılaşmasının əlavə vaxtında mübarizəni dayandırıb.

 

“Neftçi” və “Xəzər Lənkəran” cavab oyununda qələbə qazanmaqla mərhələ keçib. “İnter” və ümumilikdə 2 belə halla üzləşən “Qarabağ” qolsuz bərabərliyə sevinib. “Bankirlər” buna elə bu ay Albaniya “Laçi”si ilə görüşdə nail olub.

 

mövsüm

turnir

cüt

ilk oyun

cavab oyunu

qeyd

2006/07

UK

Zimbru (Moldova) - Qarabağ

1:1

2:1

əlavə vaxtda

2008/09

İK

Jerminal (Belçika) - Neftçi

1:1

0:1

 

2011/12

AL

Streymur (Farer adaları) – Qarabağ

1:1

0:0

səfər qolu

2013/14

AL

Slima (Malta) – Xəzər Lənkəran

1:1

0:1

 

2015/16

AL

Laçi (Albaniya) – İnter

1:1

0:0

səfər qolu

 

UK – UEFA kuboku, İK – İntertoto kuboku, AL – Avropa Liqası

 

Xəbər lenti

Xəbər lenti