19 İyul 18:19 “Qəbələ” Qəbələdə başlayıb, Bakıda davam edəcək
FUTBOL xəbərləri 19 İyul 18:19
655 baxış

“Qəbələ” Qəbələdə başlayıb, Bakıda davam edəcək

UEFA Avropa Liqası II təsnifat mərhələsində çıxış edən “Qəblə” yenidən məşqlərə başlayır. Apasport.az saytının məlumatına görə, bu mərhələnin ilk oyununda Serbiyada “Çukariçki”yə 0:1 hesablı məğlubiyyətdən sonra istirahətə buraxılan futbolçular baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında yenidən toplanır.


Hələlik doğma stadionda hazırlaşan “qırmızı – qaralar” günü bir məşqlə yekunlaşdıracaqlar. Qriqorçuk və komandası iyulun 22-nə qədər Qəbələdə məşq edəcək, oyundan bir gün qabaq Bakıya yollanacaqlar.

 

“Çukariçki” ilə cavab qarşılaşmasını Bakıda keçirməli olan əyalət təmsilçisi matçöncəsi son məşqi isə oyunun keçiriləcəyi “Bakcell Arena”da edəcək.


Qeyd edək ki, “Qəbələ” – “Çukariçki” görüşü iyulun 23-də, saat 21:00-da start götürəcək.

Xəbər lenti