21 Oktyabr 12:53 “Qəbələ” qol buraxmasa...
FUTBOL xəbərləri 21 Oktyabr 12:53
960 baxış

“Qəbələ” qol buraxmasa...

Sabah Azərbaycan klublarının avrokuboklardakı rekordu təkrarlana bilər. Apasport.az saytının məlumatına görə, buna Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ” imza atmağa yaxındı.

 

Rekordun təkrarlanması üçün III turun qarşılaşmasında Almaniya “Borussiya”sını qəbul edəcək əyalət klubu qapısını toxunulmaz saxlamalıdı. “Qırmızı-qaralar” bunu bacarsa, ardıcıl 6-cı ev oyunundan “quru” ayrılacaq.

 

Cari mövsümdə öz meydanında qapısında qol görməyən təmsilçimiz Gürcüstanın “Dinamo” (2:0), Serbiyanın “Çukariçki” (2:0), Kiprin “Apollon” (1:0), Yunanıstanın “Panatinaikos” (0:0) və PAOK (0:0) klubları ilə matçlarda qapısında qol görməmişdi.

 

Sonuncu dəfə ötən il Bosniya və Herseqovinanın “Şiroki Briyeq”lə matçında (0:2) qonaqlardan qol buraxan “Qəbələ” hazırda Azərbaycan futbol tarixinin 2-ci göstəricisinə malikdi.

 

Belə ki, qrupda çıxış edən digər komandamız – “Qarabağ” da hazırda ev oyunlarında 5 matçlıq “quru” seriyasını sürdürür. Bu iki komanda yalnız “Neftçi”dən geri qalır.

 

“Ağ-qaralar” 1999-cu ildə Serbiya təmsilçisi “Srvena Zvezda”dan (2:3) 3 qol buraxandan sonra qapısını qonaqlar üçün “tilsimləyib”. Bakılılar 2000-ci və 2001-ci ildə ardıcıl 2 dəfə “HİT Qoritsa” (Sloveniya), 2004-cü ildə “Şiroki Briyeq” (Bosniya və Herseqovina) və MOİK (Rusiya), 2005-ci ildə “Hafnarfyördur” (İslandiya) və “Anderlext” (Belçika) Bakıda qola həsrət qalıb. “Neftçi”nin seriyası 2007-ci ildə Avstriya “Rid”inə 2:1 hesabı ilə qalib gəldiyi matçda qırılıb.

Xəbər lenti