30 Avqust 13:49 “Qəbələ” Qriqorçukun keçmiş komandası ilə qarşılaşacaq
FUTBOL xəbərləri 30 Avqust 13:49
990 baxış

“Qəbələ” Qriqorçukun keçmiş komandası ilə qarşılaşacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” milli komandaların oyunu ilə əlaqədar çempionata verilmiş fasilədən səmərəli istifadə etmək istəyir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz fasilə müddətində baş məşqçi Roman Qriqorçukun vətəni Ukraynada təlim-məşq toplanışında olacaq.

 

Klubdan verilən məlumatda qeyd edilib ki, təlim-məşq toplanışı zamanı “Qəbələ” ilə Qriqorçukun keçmiş komandası Odessa “Çernomorets”ı arasında yoldaşlıq görüşü keçirmək planlaşdırılıb.

 

Matçın sentyabrın 6-da baş tutacağı bildirilir.

Xəbər lenti