16 Oktyabr 21:11 “Qəbələ” səfərdə, “Qarabağ” öz meydanında qalib gəldi
FUTBOL xəbərləri 16 Oktyabr 21:11
676 baxış

“Qəbələ” səfərdə, “Qarabağ” öz meydanında qalib gəldi

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedicilərinin yarışında VIII turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan iki qarşılaşmada “Neftçi” “Qəbələ”ni, “Qarabağ” isə “Zirə”ni qəbul edib.

 

Hər iki oyunun nəticəsini təqdim edirik.

 

“Neftçi” - “Qəbələ” – 0:1
Qol: Ehtiram Şahverdiyev, 18

“Qarabağ” - “Zirə” – 2:1
Qollar: Ruslan Cəfərov, 13 (öz qapısına), Nicat Abbasov, 53 - Mirkamil Həşimli, 81

Xəbər lenti